Misli Premyer Liqasında XXVI turun daha iki oyunu bu gün keçiriləcək.
"Report" xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək.
Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.
Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. "İmişli" 22 xalla doqquzuncudur.
Günün ikinci matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.
Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.