İspaniyanın "Barselona" komandası baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında vurduğu qolların sayını 300-ə çatdırıb.
"Report"un məlumatına görə, bu, La Liqanın XXX turunda "Atletiko" ilə matça rəsadüf edib.
Kataloniya təmsilçisi sözügedən qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.
Alman mütəxəssis bu rəqəmə 107-ci oyunda çatıb.
Flikin rəhbərliyi altında komandanın ən məhsuldar futbolçuları Robert Lewandowski (58 qol), Rafinya (53 qol) və Lamin Yamaldır (39 qol).