IMG-LOGO

Azərbaycanın U-19 qadın millisinin Avropa çempionatının seçmə mərhələsinin II raundu üçün heyəti açıqlanıb

04 Apr 2026 16:23 2 baxış
IMG

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin II raundu üçün heyəti və oyunlarının təqvimi açıqlanıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, komanda bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək.

Həbib Ağayevin baş məşqçisi olduğu komanda aprelin 11-də meydan sahibləri, 14-də Çexiya, 17-də isə Gürcüstan yığmaları ilə üz-üzə gələcək.

Nr. Adı / Soyadı Klub 1 Nərgiz Ağaliyeva Şəfa 2 Firuzə Bayramova Dirçəliş 3 Vahidə Əlipaşayeva Dirçəliş 4 Mədinə Curuqova Neftçi 5 Arzu Cəfərova Şəfa 6 Səma Əsədova Sabah 7 Yelizaveta Vaysman Şəfa 8 Ülviyyə İslamova Baku Juniors 9 Pərişan Abdullayeva Liman 10 Xanım Əsədova Neftçi 11 Aygün Novruzova Sabah 12 Aysu Əsədova Sabah 13 Ayan Abdiyeva Liman 14 Mədinə Qədiməliyeva Şəfa 15 Məsumə Nəzərli Neftçi 16 Ayşən Salamzadə Neftçi 17 Arzu Ağaliyeva Şəfa 18 Bədriyyə Mavludova Şəfa

Xəbər lenti