IMG-LOGO

42 bəy toya yığışdı, bir gəlin olmadı - Ölkəni şoka salan FIRILDAQ

02 Jun 2026 17:59 2 baxış
IMG
1 0

Hindistanda onlarla ailə nikah fırıldağının qurbanı olub. Kütləvi toy mərasiminə gələn 42 bəy namizədi qarşılarında bir dənə də olsun gəlin görməyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, fırıldaqçılar uzun müddət oğullarına həyat yoldaşı tapa bilməyən ailələri hədəf seçiblər. Onlara guya sığınacaqda yaşayan qızların fotoları göstərilib, rəsmi nikah mərasimlərinin təşkil ediləcəyi vəd olunub və hazırlıq xərcləri adı ilə pul alınıb.

Hər ailə 12 min ilə 25 min rupi arasında ödəniş edib. İlkin məlumatlara görə, ümumi maddi zərər 1 milyon rupini (təxminən 17 min 900 manat) keçib.

Təyin olunmuş gündə bəylər və onların yaxınları toy mərasiminin keçiriləcəyi Devas şəhərinə gəliblər. İnsanlar həyatlarının ən vacib günlərindən birini yaşayacaqlarını düşünərək bayram geyimində tədbir məkanına toplaşıblar.

Lakin hadisə yerində nə toy çadırı, nə hazırlıq işləri, nə də gəlinlər olub. Təşkilatçılar gün ərzində qonaqlara qızların başqa şəhərdən yola düşdüyünü və tezliklə gələcəklərini bildiriblər. Ailələr yalnız axşam saatlarında aldadıldıqlarını anlayıblar.

İstintaq zamanı məlum olub ki, gələcək “gəlinlər” kimi təqdim edilən şəkillər sosial şəbəkələrdən götürülüb və tamamilə başqa qadınlara məxsus olub.

Polis artıq iki şübhəlini saxlayıb. Daha iki nəfərin isə axtarışı davam edir.

dünyadan xəbərlər cütlük bəy-gəlin

Mənbə: lent.az

Xəbər lenti