IMG-LOGO

Seymur Məmmədov: "Növbəti hədəfimiz Çempionlar Liqasının qalibi olmaqdır"

03 Apr 2026 22:17 2 baxış
IMG

"Zirə" minifutbol komandasının növbəti hədəfi Çempionlar Liqasının qalibi olmaqdır.

"Report"un məlumatına görə, bu barədə baş məşqçi Seymur Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis "Birbaşa Bakı"ya 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan çempionatının final oyunundan sonra fikirlərini bölüşüb:

"Çempion olduğumuz üçün sevinirik. Neçə illərdir, bunu arzulayırdıq. Bu dəfə qələbə bizə qismət olub. Demək olar ki, komandada heç nəyi dəyişmədik. Sadəcə Allah bu günü bizə nəsib edib. Belə hesabla qələbə gözlədiyimizi deyə bilmərəm. Rəqib dünyada sayılıb-seçilən komandalardandır. Onlara qarşı oynamaq və qalib gəlmək hər kollektivi sevindirir".

S. Məmmədov daha böyük uğurlara imza atmaq istədiklərini sözlərinə əlavə edib:

"Bu çempionluğun sonuncu olmaması üçün mübarizəmiz davam edəcək. Çempionlar Liqasının qalibi olmağa çalışacağıq. Növbəti hədəfimiz budur".

Xəbər lenti