IMG-LOGO

Mikel Arteta martda İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

03 Apr 2026 16:53 2 baxış
IMG

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçilib.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

London təmsilçisi martda keçirdiyi üç oyunda qələbə qazanaraq 100 faizlik nəticə göstərib. "Topçular" bu müddətdə "Çelsi" (2:1), "Brayton" (1:0) və "Everton"u (2:0) məğlub edib.

Arteta mükafat uğrunda mübarizədə Eddi Hau ("Nyukasl"), Devid Moyes ("Everton"), Rejis Le Bri ("Sanderlend") və Fabian Hürseleri ("Brayton") qabaqlayıb. Bu, ispaniyalı mütəxəssisin karyerası ərzində qazandığı 8-ci belə mükafatdır.

Qeyd edək ki, "Arsenal" hazırda 70 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti