IMG-LOGO

Mirça Luçesku bu gün iki dəfə infarkt keçirdi - YENİLƏNİB

03 Apr 2026 16:27 4 baxış
IMG
3 0

Əfsanəvi rumın məşqçi Mirça Luçesku aprelin 3-də iki dəfə infarkt keçirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, rumıniyalı jurnalist Emanuel Rosunun sözlərinə görə, bu, 80 yaşlı mütəxəssisin martın 31-də Slovakiya ilə yoldaşlıq oyunundan bir neçə gün əvvəl Rumıniya millisinin təlim-məşq toplanışında huşunu itirdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirildiyi xəstəxanada baş verib.

Həkimlərin üç reanimasiya cəhdindən sonra Luçeskunun həyatını xilas edə bildikləri bildirilir. O, hazırda təcili yardım şöbəsində əlavə müayinələri gözləyir.

***

14:37

Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb.

Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 80 yaşlı veteran məşqçinin xəstəxanada infarkt keçirdiyi açıqlanıb.

Buxarest Universiteti Xəstəxanasından bildirilib ki, Luçesku bu səhər infarkt keçirib və hazırda ciddi tibbi nəzarət altındadır. Həmçinin vəziyyətinin stabil olduğu açıqlanıb.

Luçeskunun tezliklə evə buraxılacağı gözlənilirdi, lakin infarktdan sonra müalicəsini davam etdirmək üçün xəstəxanada qalacaq.

Dünən Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdıqlarını açıqlayıb.

 

Mirça Luçesku Rumıniya məşqçi infarkt

Xəbər lenti