Misli Premyer Liqasında çıxış edən klubların xərclərinin 60,33 faizini əməkhaqqılar, 3,99 faizini agent və transferlər təşkil edir.
"Report" xəbər verir ki, bu barədə AFFA-nın 2025-ci il üçün açıqladığı hesabatında bildirilib.
Klubların sair xərcləri 7,88 faiz, təlim-məşq, ezamiyyət xərcləri 4,65 faiz, gənclər sektoru 4,97 faiz, icarə (stadion, ofis və idman qurğular) xərcləri 2,98 faiz, maliyyə xərcləri 0,42 faiz olub.
Həmçinin oyunların keçirilməsi (2,16 faiz), idman formaları (1,53 faiz), təmir-tikinti (1,91 faiz), qeyri-maddi aktivlərin amortizasiyası (2,65 faiz), reklam marketinq (1,23 faiz) xərclərə daxildir.
Bundan əlavə, əsas vəsaitlərin amortizasiyası (0,93 faiz), üzvlük haqqı, cərimə (AFFA, PFL - 0,8 faiz), tibb xərcləri (1,10 faiz), təsərrüfat və kommunal (0,54 faiz), nəqliyyat xərcləri (0,82 faiz), audit və maliyyə, konsaltinq (0,48 faiz), mal-material xərcləri (0,1 faiz), rabitə (0,07 faiz), sığorta (0,05 faiz), qadın futbolu (0,19 faiz), vergi xərcləri (0,25 faiz) də var.
Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.