IMG-LOGO

Elçin Səmədli futzal üzrə dünya çempionatının ilkin mərhələsinə təyinat alıb

03 Apr 2026 12:56 4 baxış
IMG

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.

Xəbər lenti