IMG-LOGO

FIFA rəsmisi Marion Gavat: "AFFA-nın ötən il əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir"

03 Apr 2026 11:41 5 baxış
IMG

AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir.

"Report" xəbər verir ki bunu FIFA-nın regional meneceri Marion Gavat AFFA-nın Hesabat Konfransında deyib.

O, milli assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirib:

"Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Bu münasibətlə həm federasiya prezidenti Rövşən Nəcəfi, həm də baş katibi Cahangir Fərəcullayevi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Xəbər lenti