IMG-LOGO

Azərbaycan Premyer Liqasında ev oyunlarında ən çox azarkeş toplayan komandalar bəlli olub

03 Apr 2026 11:51 5 baxış
IMG

2024/2025 mövsümündə Misli Premyer Liqası komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Siyahıya "Turan Tovuz" başçılıq edir. Tovuz təmsilçisinin ev matçlarına orta hesabla 4361 tərəfdar gəlib.

"Neftçi" (2209) ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Sumqayıt" (1858) qapayıb.

Növbəti sıralarda "Qarabağ" (1729), "Sabah" (1357), "Şamaxı" (1161), "Kəpəz" (1033), "Zirə" (753), "Səbail" (642) və "Araz-Naxçıvan" (256) yer alıblar.

Xəbər lenti