Aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın) hosptalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
12:25
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğlu (2019), Cəbrayılova Ayişə Kamil qızı (2021) və Cəbrayılova Gülcənnət Kamil qızı (2024) yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.