Hindistan günahsız insanların öldürüldüyü bir yer olub.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyada yerləşən "Everything"s 13"ün əməliyyatlar üzrə meneceri Ranveer Singh yanvarın 16-da Bakıda "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, tarixi baxımdan zikh bir etnik qrup və ya sadəcə bir din kimi deyil, suveren bir xalq kimi meydana çıxıb:
"Müstəmləkəçilik nəticəsində iki milyondan çox zikh torpaqlarından didərgin düşüb, on minlərlə insan öldürülüb, bütöv zikh demokratik strukturları parçalanıb. Yeni Hindistan konstitusiyasında eşitdiyimiz kimi, zikhlər müstəqil millət olaraq, ayrıca din kimi tanınmayıblar. Onlar inzibati olaraq hindular kateqoriyasına daxil edilib və Hindistan milliyyətçi kimliyi ilə yeni siyasi reallığa məcbur ediliblər. Alimlər qeyd edir ki, bu, sadəcə bürokratik səhv deyil, əksinə, müstəqil dövlətin siyasi şüur və varlığını zəiflətmək üçün strateji bir cəhdidir və bu, Hindistan dövlətinin formalaşmasına təsir edib".
Çıxışçı vurğulayıb ki, Hindistan zikhlərə qarşı müxtəlif dövrlərdə məqsədli şəkildə güc tətbiq edib:
"Məqsəd zikhlərin gənc nəsilini, xüsusilə 15–35 yaş arasındakıları öldürmək olub. Zikhlərə qarşı işgəncə və təqib barədə məlumatların böyük hissəsi sağ qalanların hesabatlarından əldə olunub. Bu hesabatlar dəhşətlidir və dünyanın hər yerində zikhlər üçün davamlı travma mənbəyidir. Hindistan günahsız insanların öldürüldüyü bir yer olub".