IMG-LOGO

Sumqayıtda bir ailənin 5 uşağı dəm qazından zəhərləndi

02 Apr 2026 12:41 3 baxış
IMG
1 0

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə ötən gecə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C, qardaşları - 2018-ci il təvəllüdlü M.C, 2019-cu il təvəllüdlü H.C, bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti