IMG-LOGO

Masallıda baş verən yanğında baba və azyaşlı nəvə ölüb

01 Apr 2026 14:48 4 baxış
IMG

Masallı rayonunda baş verən yanğında baba və azyaşlı nəvə həyatını itirib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılağac kəndindəki fərdi yaşayış evində qeydə alınıb.

1967-ci il təvəllüdlü Camaləddin Həsnağa oğlu Abdullayev yanğın zamanı evdə olan 2024-cü il təvəllüdlü nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan evə girməyə cəhd edib. Lakin qatı tüstüdən zəhərlənərək huşunu itirib. Nəticədə həm baba, həm də nəvə yanaraq ölüblər.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti