IMG-LOGO

100 ilin ən yaxşı super qəhrəman filmləri

01 Apr 2026 10:34 4 baxış
IMG
57 0

Bu yaxınlarda "Hörümçək-adam: Tamamilə yeni gün" filminin treyleri ilk 24 saat ərzində 718,6 milyon baxış toplayaraq mütləq rekord qırdı.

Lent.az son 100 il ərzində nəinki tamaşaçıları fəth edən, həm də janrın əsl etalonuna çevrilən superqəhrəman filmlərini təqdim edir.

"X-adamlar 2" (2003)

Məhz ilk "X-adamlar" və Sem Reyminin "Hörümçək-adam"ı superqəhrəman kinosunda yeni eranın başlamasına kömək edib. Əgər birinci hissə sadəcə istiqaməti müəyyən etdisə, ikinci hissə bu janrın nə qədər miqyaslı və ciddi ola biləcəyini göstərib. Naytkroulerin Ağ evə hücum səhnəsi hələ də janrın ən yaxşı giriş səhnələrindən biri hesab olunur. Film həm də "başqasına" qarşı qorxu və diskriminasiya haqqında dərin bir hekayədir.

"Qara Pantera" (2018)

Bu lent "Marvel"in sadəcə uğurlu hiti deyil, əsl mədəni hadisə olub. Rayan Kuqlerin rejissorluğu ilə ərsəyə gələn Vakanda kralı T’Çallanın hekayəsi kommersiya uğurunu sosial və siyasi çəki ilə birləşdirə bilib. Aktyor heyətinin və texniki komandanın əksəriyyətinin qaradərili olması filmin təsir dairəsini daha da genişləndirib.

"Qisasçılar: Sonsuzluq savaşı" (2018)

Çox vaxt "Final" filmi xatırlansa da, məhz "Sonsuzluq savaşı" daha bütöv və güclü əsər sayılır. Belə nəhəng sayda personajı, dəli ritmi və mərkəzdə dayanan Tanosu bir araya gətirib xaos yaratmamaq Russo qardaşlarının böyük uğurudur.

"Betmen: Fantazma maskası" (1993)

Ən yaxşı Betmen filmlərindən danışarkən çoxları bu animasiyanı dərhal xatırlamır, lakin onun gücü də elə bundadır. Brüsueynin daxili dünyasını, onun niyə Betmenə çevrildiyini və qəhrəmanın mədəniyyət üçün əhəmiyyətini ən dərindən araşdıran versiyalardan biri budur.

"Qalaktika qoruyucuları" (2004)

Ceyms Qann az tanınan bir komiks qrupunu "Marvel"in ən sevilən komandasına çevirməyi bacarıb. Yumor, səmimiyyət və ailə bağları filmin əsasını təşkil edir. Bu, sadəcə kosmik macəra deyil, bir-birinə sığınan "qırıq" insanların ailəyə çevrilməsi hekayəsidir.

"Kapitan Amerika: Qış əsgəri" (2014)

Bir çox fanat üçün bu, MCU-nun ən güclü layihəsidir. Russo qardaşları Kapitan Amerikanı "köhnə məktəbin düzgün qəhrəmanı" obrazından çıxarıb daha mürəkkəb müstəviyə daşıyıblar. Film superqəhrəman ürəyinə malik siyasi triller kimi işləyir və Stiv Rocerslə Baki Barns arasındakı emosional münaqişəni mükəmməl təsvir edir.

"Hörümçək-adam 2" (2004)

Sem Reyminin bu filmi bütün zamanların ən yaxşı sikvellərindən hesab olunur. Tanınmış tənqidçi Rocer Ebert qeyd edib ki, Hörümçək-adam olmaq Piter Parkerin daşımağa tam hazır olmadığı bir yükdür. Film göstərir ki, fövqəltəbii güc sadəcə hədiyyə deyil, həm də ağır bir məsuliyyətdir.

"Qara cəngavər" (2008)

Kristofer Nolan bu janra yanaşmanı tamamilə dəyişdi. "Qara cəngavər" sadəcə blokbaster deyil, Cokerin Betmeni mənəviyyat və etika sərhədlərində sınağa çəkdiyi psixoloji trillerdir. Hit Lecerin kult rolu və gərgin ssenari bu filmi janrın zirvəsinə qaldırıb.

"Hörümçək-adam: Hörümçək kainatına doğru" (2018)

Bu animasiya vizual üslubu və ritmi ilə müasir animasiya üçün yeni qaydalar müəyyən edib. Amma parlaq görüntülərin arxasında Maylz Moralesin özünü tapmaq hekayəsi dayanır. "Maskanı hər kəs taxabiler" ideyası burada xüsusilə güclü səslənir.

"İnanılmaz ailə" (2004)

Son 100 ilin ən yaxşı superqəhrəman filmi kimi çox vaxt "Marvel" və ya "DC" layihəsi deyil, "Pixar"ın bu şah əsəri göstərilir. Bred Berdin filmi fövqəltəbii gücləri olan bir ailə haqqında səmimi, isti və dürüst bir hekayədir. O, ailə dəyərləri, daxili azadlıq və özün olma haqqı barədə çox dəqiq mesajlar verir. Məhz buna görə "İnanılmaz ailə" hələ də ən güclü superqəhrəman hekayələrindən biri kimi qəbul edilir.

super qəhrəman film Hörümçək adam mədəniyyət

Xəbər lenti