İranın İsrailə endirdiyi zərbə nəticəsində azı 14 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrailin təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, 11 nəfər yüngül xəsarət alıb, daha üç nəfər ağır vəziyyətdədir, onların arasında iki uşaq var.