IMG-LOGO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

01 Apr 2026 10:10 5 baxış
IMG
0 0

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb.

Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.

Onun müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində döyüşdüyü, əvvəllər dəfələrlə yaralandığı bildirilib.

Rusiya-Ukrayna müharibəsi

Xəbər lenti