IMG-LOGO

İsrail HHQ İrana qarşı əməliyyatda 800-dən çox döyüş uçuşu həyata keçirib

01 Apr 2026 08:15 5 baxış
IMG

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrana qarşı "Şir nərəsi" adlandırılan hərbi əməliyyat çərçivəsində 800-dən çox döyüş uçuşu həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

"İndiyədək İsrail HHQ 800-dən çox döyüş uçuşu həyata keçirib", - ordunun mətbuat xidmətindən qeyd edilib.

Məlumata görə, döyüş əməliyyatları ərzində müxtəlif növ 16 minə yaxın döyüş sursatından istifadə olunub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti