IMG-LOGO

KİV: ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərir

01 Apr 2026 00:25 4 baxış
IMG

ABŞ "USS George H. W. Bush"un rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə yönləndirir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı çərşənbə axşamı Virciniya ştatındakı "Norfolk" hərbi dəniz bazasından yola düşüb və artıq regionda olan, Ərəbistan dənizində fəaliyyət göstərən "USS Abraham Lincoln" zərbə qrupuna və Xorvatiya limanında təmirdə olan "USS Gerald R. Ford"a qoşulacaq.

Qüvvələrin yerdəyişməsi ABŞ Prezidenti Donald Trampın İrana qarşı gələcək hərbi əməliyyat variantlarını nəzərdən keçirməsi fonunda baş verir. Ötən həftəsonu göyərtəsində dəniz piyadalarının ekspedisiya bölməsi olan desant gəmiləri Yaxın Şərq sularına daxil olub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti