IMG-LOGO

Şəkidə həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

02 Mar 2024 11:48 229 baxış
IMG

Şəki penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti