IMG-LOGO

Sibiqa: 13 ölkə Rusiya ilə bağlı Xüsusi Tribunal üzrə sazişə qoşulmağa hazırdır

31 Mar 2026 22:31 3 baxış
IMG

Almaniya, Böyük Britaniya, Moldova və daha 10 ölkə Rusiyanın Ukraynaya qarşı cinayətlərinin araşdırılması üzrə Xüsusi Tribunal haqqında genişləndirilmiş sazişə qoşulmağa hazır olduqlarını təsdiqləyib.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Kiyevdə keçirilən qeyri-rəsmi iclasından sonra bildirib.

"Bu gün bizim konkret nəticələrimiz var. Xüsusən də Xüsusi Tribunal üzrə sazişə qoşulmağa dair yeni qərarlar. Bu cür hazırlığı daha üç ölkə – Almaniya, Böyük Britaniya və Moldova da rəsmi olaraq bəyan edib", - nazir bildirib.

Lakin o xatırladıb ki, sazişin Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi üçün 16 dövlətin qoşulması tələb olunur. Sibiqa tərəfdaşları bu sənədi dəstəkləməyə çağırıb.

Xəbər lenti