IMG-LOGO

Tanınmış qida əlavəsinin bağırsaq üçün zərəri məlum oldu

02 Mar 2024 02:14 187 baxış
IMG

Çikaqo Universitetinin mikrobioloqları müəyyən ediblər ki, qida sənayesində geniş istifadə olunan qoruyucu nisin bağırsaqlarımızdakı faydalı bakteriyaların qarşısını ala bilir.

Lent.az xəbər verir ki, bu barədə araşdırma ASC Chemical Biology (ASCCB) elmi jurnalında dərc olunub.

Nisin adlanan maddə lantipeptiddir, mikroblara müqavimət üçün ifraz olunan bir maddədir. Lantipeptidlərə güclü antibakterial təsirlərinə görə lantibiotiklər də deyilir. E234 təyinatlı nisin pivə, kolbasa, müxtəlif souslar və digər yeməklərin istehsalında istifadə olunur.

Mənbə: lent.az

Xəbər lenti