IMG-LOGO

"Barselona" Jerar Martinlə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb

31 Mar 2026 15:48 6 baxış
IMG

İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Martinlə müqavilənin müddətini uzatmaq istəyir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda 24 yaşlı müdafiəçi ilə danışıqlar aparır.

Yeni sözləşmənin müddətinin 2031-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.

Xatırladaq ki, Jerar Martin cari mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Xəbər lenti