IMG-LOGO

"İnter" UEFA Çempionlar Liqasında klub tarixinin antirekorduna imza atıb

21 Jan 2026 11:28 3 baxış
IMG

İtaliya təmsilçisi "İnter" UEFA Çempionlar Liqasında (ÇL) klub tarixinin antirekorduna imza atıb.

"Report"un məlumatına görə, bu, Milan komandasının əsas mərhələnin VII turunun oyununda evdə İngiltərənin "Arsenal" kollektivinə uduzması (1:3) ilə gerçəkləşib.

"İnter" tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində mövsüm ərzində ardıcıl 3 görüşdə məğlubiyyətlə barışıb.

İtalyanlar daha əvvəl İngiltərənin "Liverpul" komandasına 0:1, İspaniya təmsilçisi "Atletiko"ya 1:2 hesabı ilə yenilib.

Qeyd edək ki, "İnter" hazırda 12 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər lenti