IMG-LOGO

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm bu gün başa çatır

31 Mar 2026 09:34 4 baxış
IMG

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" A qrupunda 37 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Abşeron Lions" ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.

Xəbər lenti