IMG-LOGO

Romelu Lukakı "Napoli"dən ayrılmaq istəyir

30 Mar 2026 13:45 4 baxış
IMG

Belçikalı futbolçu Romelu Lukaku İtaliyanın "Napoli" klubundan ayrılmaq istəyir.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, təcrübəli hücumçu bu barədə Neapol təmsilçisinin rəhbərliyini məlumatlandırıb.

Forvard bu il keçiriləcək dünya çempionatından sonra komanda ilə vidalaşmaq niyyətindədir.

Xatırladaq ki, Lukaku ciddi zədə aldığı üçün uzun müddət meydana çıxa bilməyib. O, bu mövsüm yeddi oyunda (64 dəqiqə) bir qolla yadda qalıb.

Xəbər lenti