IMG-LOGO

Azərbaycan – Syerra Leone oyununu özbəkistanlı hakimlər idarə edəcəklər

30 Mar 2026 11:11 3 baxış
IMG

"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

"Report"un məlumatına görə, matçın baş hakimi Asker Najafaliyev olacaq.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Xatırladaq ki, qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Xəbər lenti