IMG-LOGO

"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

30 Mar 2026 09:00 4 baxış
IMG

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Xəbər lenti