IMG-LOGO

Məktəbdə araq içib zəhərləndilər

01 Mar 2024 12:57 139 baxış
IMG

Rusiyanın Tümen vilayətində iki yeniyetmə kənd məktəbində araqdan zəhərlənib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə fevralın 28-də Tobolsk vilayətinin Laitamak kəndindəki məktəbdə baş verib. 14-16 yaşlı iki yeniyetmə böyük dostlarının dəvəti ilə araq içiblər.

Güclü spirtli içki içmək məktəblilərin zəhərlənməsi ilə nəticələnib və onlar xəstəxanaya yerləşdirilib. Bildirilir ki, hazırda yeniyetmələrin həyatı üçün təhlükə yoxdur, lakin həkimlər onlara nəzarəti davam etdirirlər.

Mənbə: lent.az

Xəbər lenti