IMG-LOGO

Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib

01 Mar 2024 10:33 131 baxış
IMG

Ziraat Türkiyə Kubokunda yarımfinal cütlükləri bəlli olub.

Apasport.az xəbər verir ki, "Ankaragücü", "Trabzonspor", "Beşiktaş" və "Karagümrük" rəqiblərini üstələyərək yarımfinala yüksəlib.

Bu qarşılaşmalarda məğlub olan "Fənərbaxça", "Başakşehir", "Konyaspor" və "Qalatasaray" kubokla vidalaşıb.

İkili seçmə üsulu ilə keçiriləcək yarımfinalda "Beşiktaş" "Ankaragücü" ilə qarşılaşacaq. “Trabzonspor” isə finala çıxmaq üçün "Karagümrük"lə mübarizə aparacaq.

Mənbə: lent.az

Xəbər lenti