IMG-LOGO

"Formula 1" üzrə Yaponiya Qran-prisinin başlama saatı qəzaya görə dəyişdirilib

29 Mar 2026 10:32 2 baxış
IMG

2026-cı il mövsümünün "Formula 1" sinfində avtoyarışlar üzrə dünya çempionatının üçüncü mərhələsi - Yaponiya Qran-prisi yarışının startı 10 dəqiqə təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə çempionatın mətbuat xidmətindən bildirilib.

İsinmə dövrəsi Bakı vaxtı ilə saat 9:00-da başlamalı idi.

Gecikməyə "Porsche" Kuboku iştirakçılarından birinin qəzaya uğraması səbəb olub, bundan sonra qoruyucu baryerlərin təmirinə ehtiyac yaranıb. Hadisə trasın 12-ci döngəsində baş verib. Pilot xəsarət almayıb.

Xəbər lenti