IMG-LOGO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı-VİDEO

29 Mar 2026 09:38 13 baxış
IMG
4 0

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında növbəti döyüşünü keçirib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə 36 yaşlı idmançı çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanıb.

3 raund davam edən mübarizədə statistik göstəricilərə görə, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb. Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.

Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə ötən yay Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.

 

Tofiq Musayev UFC

Xəbər lenti