IMG-LOGO

"Yaponçik" və "Ded Xasan"ın ölümünə səbəb olan "qanuni oğru" ölkədən QOVULDU

28 Mar 2026 19:20 3 baxış
IMG
0 0

Kriminal aləmdə “Qaley” kimi tanınan 51 yaşlı “qanuni oğru” Dmitri Qaleyev Polşadan deportasiya edilib.

Lent.az xəbər verir ki, Qaleyev 1998-ci ildə “taclandırılıb” və Belarus mənşəli “qanuni oğrular” arasında staj baxımından ən yaşlılardan biridir.

Qeyd olunur ki, vaxtilə “Yaponçik” və “Ded Xasan”ın öldürüldüyü iri kriminal klanlararası münaqişə Moskvada Xusan Ziyamuxamedovun qızının toyunda Qaley ilə Piçuqa arasında baş verən dava ilə başlayıb. Qaleyin, eləcə də həmin vaxt onu dəstəkləyən Taro və Merabın statusu bu günə qədər mübahisəli olaraq qalır.

Məlumata görə, hazırda Moqilyovda yaşayan Qaleyev Polşaya yollanıb. Orada onun “titulu”nu tanıyan çoxsaylı qruplaşma fəaliyyət göstərir. Lakin sərhəddə onun kimliyi və keçmişi müəyyən edildikdən sonra geri qaytarılıb.

Bundan sonra onun Şengen ölkələrinə girişinə 10 il müddətinə qadağa qoyulub.

Dmitri Qaleyev, sağdakı

Hadisələr kriminal aləm oğru aləmi qanuni oğrular Yaponçik Ded Xasan

Xəbər lenti