İsmayıllıda yeniyetmə evin həyətində ölü halda tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Hacıhətəmli kəndində baş verib.
Kənd sakini olan 17 yaşlı Furkan Samir oğlu Dadaşlının meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.
Hadisələr