IMG-LOGO

Arvadını iş yerinə benzin töküb yandırdı

28.02.2024 13:57 76 baxış
IMG

Rusiyanın İrkutsk vilayətinin məhkəməsi keçmiş arvadını yandıran kişini 20 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə 2023-cü il martın 24-də baş verib. 42 yaşlı kişi keçmiş həyat yoldaşını ziyarət etmək üçün alış-veriş pavilyonuna işə gəlib. O, qadına benzin tökərək yandırıb. Nəticədə qadına bədəninin səthinin 60 faizində yanıq diaqnozu qoyulub və o, ölüb.

Bundan başqa, həmin şəxs öz əməli ilə ticarət pavilyonunun sahibinə də ziyan vurub.

Kişi qətldən əlavə digər maddə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci “Başqasının əmlakını qəsdən məhv etmə və zədələmə” ilə cəzalandırılacaq. 

Məhkum ilk 5 ilini həbsxanada, qalan müddətini isə xüsusi rejimli koloniyada keçirəcək.

Xəbər lenti