IMG-LOGO

Azərbaycanlı sürücü qəza törətdi, 6 yaralı var

25 Mar 2026 13:32 4 baxış
IMG
0 0

Türkiyədə azərbaycanlı sürücü qəza törədib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Samsun-Ordu yolunda qeydə alınıb. Azərbaycan dövlət qeydiyyat nişanlı TIR-ın hərəkət zamanı əyləc sistemi qəfil işləməyib. Nəticədə iri yük avtomobili 4 avtomobili əzib. Maşın yol kənarındakı elektrik dirəyinə çırpılaraq dayana bilib.

Qəza zamanı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti