Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

