IMG-LOGO

Putin və Paşinyan ikitərəfli münasibətləri müzakirə ediblər

23 Mar 2026 16:53 5 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

"İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə olunub", - məlumatda qeyd edilib.

Xəbər lenti