IMG-LOGO

Saatlıda 50 yaşlı kişi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

23 Mar 2026 12:09 5 baxış
IMG

Saatlıda 50 yaşlı kişi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə "Report"a Saatlı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Xəbər lenti