38 yaşlı şəxsdən 12 kiloqram narkotik vasitə götürülüb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan Bakı ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hadisələr