IMG-LOGO

İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib

22 Mar 2026 18:30 4 baxış
IMG

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.

"Report" xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi bildirib.

"ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək", - deyə o əlavə edib.

Xəbər lenti