IMG-LOGO

Dünyanın ən qədim restoranı haradadır?

26.02.2024 12:21 104 baxış
IMG

Bəzi restoranlar tarixi binalarda yerləşdiyi üçün bizə qədim görünür. Bununla belə, dünyada o qədər də çox qədim restoran yoxdur. Ancaq dünyanın ən qədim hesab olunan kafe var və hətta o Ginnesin Rekordlar kitabına da düşüb. 

Lent.az xəbər verir ki, söhbət İspaniyada yerləşən “Sobrino de Botin” restoranından gedir. 

Bu müəssisə ölkənin paytaxtı olan Madrid şəhərinin mərkəzində yerləşir. Məlumata görə, o, üç yüz ilə yaxındır ki, fasiləsiz fəaliyyət göstərir.

Restoranın ilk dəfə 1725-ci ildə açıldığı güman edilir. Restoranın ən mühüm xüsusiyyəti ənənələrə sadiq qalmasıdır. Belə ki, bura gələn müştərilər qədim reseptlərə əsasən hazırlanmış orijinal “Kastiliya” yeməklərini dadmağa dəvət olunurlar. Reseptin əsrlər boyu dəyişmədiyi iddia edilir. 

Yeri gəlmişkən, müəssisədə hətta restoranın açıldığı il alınmış və hələ də işlədilən soba da var. Tarixi olan belə qeyri-adi restoran həm turistlər, həm də yerli sakinlər arasında çox populyardır.

Müəssisənin fəaliyyət göstərdiyi müddətdə bir çox ikonik şəxsiyyətlər tərəfindən ziyarət edilib.

 

Xəbər lenti