IMG-LOGO

Məşhur qardaşlar küsülü olduqlarını etiraf etdilər

26 Feb 2024 12:30 99 baxış
IMG

Türkiyəli məşhur qardaşlar stilist Kemal Doğulu və aktyor Kadir Doğulu uzun illərdir küsülüdürlər və heç bir münasibətləri yoxdur.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Kemal Doğulu verdiyi müsahibələrdən birində açıqlayıb.

O bildirib ki, qardaşı ilə heç bir zaman yola gedə bilməyib. Məşhurlaşdıqdan sonra aralarındakı soyuqluq daha da artıb.

“İnsan təəssüf ki, ailəsini, bacı-qardaşını seçə bilmir. Aramızda sadəcə qan bağımız var, qardaş olsaq da dost deyilik. Ümumiyyətlə, heç bir münasibətimiz yoxdur. Qardaşıq deyə bir- birimizi sevmək, həyatımızda saxlamaq kimi məcburiyyətimiz yoxdur”, -  o bildirib.

 

Xəbər lenti