IMG-LOGO

Naxçıvanda "Bahar festivalı" keçirilir

20 Mar 2026 11:43 3 baxış
IMG

Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Bahar festivalı" təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Festivalda Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim edilir, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edirlər. Eyni zamanda, xalq sənət nümunələri, əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunub. Qonaqlara milli mətbəxin təamları təqdim edilib.

Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək.

"Bahar festivalı" bu gündən başlayaraq bayram günləri boyunca davam edəcək.

Xəbər lenti