IMG-LOGO

BƏƏ "Hizbullah" və İranla əlaqəli qruplaşma üzvlərinin həbs olunduğunu açıqlayıb

20 Mar 2026 06:06 3 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti Livanın "Hizbullah" hərəkatı və İranla əlaqəli qruplaşmanın zərərsizləşdirildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə WAM agentliyi BƏƏ-nin Dövlət Təhlükəsizliyi Aparatına istinadən məlumat yayıb.

Məlumata görə, qruplaşma üzvləri əməliyyat zamanı saxlanılıb.

"Dövlət Təhlükəsizliyi Aparatı "Hizbullah" və İranla əlaqəli qrupu zərərsizləşdirib və üzvlərini həbs edib", - bəyanatda deyilir.

Agentliyin yaydığı materiallara görə, saxlanılanlar çirkli pulların yuyulmasında, iqtisadiyyatı sarsıtmaqda və milli təhlükəsizliyə təhdid etməkdə ittiham olunurlar.

Xəbər lenti