IMG-LOGO

Zelenski: Danışıqlardakı fasiləyə son qoymaq lazımdır

19 Mar 2026 23:42 3 baxış
IMG

Şənbə günü ABŞ-də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar komandalarının görüşü gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski axşam bəyanatında bildirib.

Onun sözlərinə görə, tərkibində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ofis rəhbərinin birinci müavini Sergey Kislitsa, deputat David Araxamiya olan Ukrayna nümayəndə heyəti artıq amerikalı müzakirəçilərlə görüşə yollanır.

"Danışıqlardakı fasiləyə son qoymaq lazımdır... Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün danışıqların mövcud formatlarında işi davam etdirməyə hazır olmaları barədə Amerika tərəfindən siqnallar var. Ukrayna danışıqlar qrupunun siyasi hissəsi artıq yoldadır, bu şənbə günü ABŞ-də görüş gözlənilir", - Zelenski bildirib.

Xəbər lenti