IMG-LOGO

Tixi: Macarıstan "Drujba" neft kəməri ilə bağlı vəziyyəti siyasiləşdirir

19 Mar 2026 21:55 4 baxış
IMG

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi bildirib ki, Macarıstan Kiyevə qarşı absurd tələblər irəli sürməklə "Drujba" neft kəməri ilə bağlı vəziyyəti siyasiləşdirir.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün brifinqdə bildirib.

Macarıstan məsələni siyasiləşdirir və Ukraynaya qarşı tələblər irəli sürür ki, bizim fikrimicə bu absurddur. Ukrayna genişmiqyaslı təcavüzlə üzləşir. İnfrastrukturumuz hər gün zədələnir. Hətta "Drujba" neft kəmərindən sonra belə, Ukraynanın digər boru kəmərləri də zədələndi. Amma bizim sonsuz resurslarımız yoxdur. Biz tammiqyaslı müharibə vəziyyətindəyik və Macarıstan nədənsə buna məhəl qoymur", - o deyib.

G.Tixi əlavə edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın ritorikası ölkəsinin vətəndaşlarına ölkənin enerji təchizatını şaxələndirməməsinin səbəbini izah etmək əvəzinə, Ukraynaya yönəlib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın zərbəsi nəticəsində "Drujba" kəmərinə dəyən ziyanla bağlı Budapeştdən heç bir qınaq eşitməyib.

Xəbər lenti