IMG-LOGO

"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb

19 Mar 2026 13:42 4 baxış
IMG

İngiltərəli vinger Ceydon Sanço gələn yay daimi əsaslarla yenidən Almaniyanın "Borussiya" (Dortmund) klubuna qayıda bilər.

"Report" "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisinin rəhbərliyi bu ideyaya müsbət yanaşır və artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Futbolçunun karyerasını yenidən qaydaya salmaq üçün maaşının azaldılmasına da razı olduğu bildirilib. Hazırda həftəlik 250 min funt-sterlinq qazanan oyunçu Dortmund təmsilçisinə keçmək üçün bu məbləğin yarıdan çoxundan keçməli ola bilər.

Sanço 2017-2021-ci illərdə "Borussiya"da parlaq oyunla (50 qol) yadda qalıb və 73 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olunub. Lakin o, İngiltərədə eyni uğuru təkrarlaya bilməyib.

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan 25 yaşlı oyunçu hazırda icarə əsasında Premyer Liqanın digər təmsilçisi "Aston Villa"da çıxış edir. Sançonun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatsa da, klubun anlaşmanı daha bir il uzatmaq variantı var.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Çelsi"də keçirən vinger 42 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin London klubunun heyətində UEFA Konfrans Liqasının qalibi olub. Lakin "Çelsi" 25 milyon funt-sterlinq ödəməklə onu daimi transfer etmək öhdəliyindən imtina edib.

Xəbər lenti