IMG-LOGO

Çilidə baş verən meşə yanğınları nəticəsində 19 nəfər həlak olub

20 Jan 2026 06:17 3 baxış
IMG

Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində azı 19 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Alvaro Elizalde mətbuat konfransında bildirib. Çıxış Təbii Fəlakətlərlə Milli Mübarizə Xidmətinin "YouTube" kanalında birbaşa yaymlanıb.

"Bu günə olan məlumata görə, 19 nəfər həlak olub, 630 nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib", - deyə o qeyd edib.

Alov azı 325 evi tamamilə məhv edib. Zərər çəkmiş sakinlərin sayının 1 500-dən çox olduğu təxmin edilir. Bir neçə yaşayış məntəqəsində təxliyə elan olunub. Çili Milli Meşə Korporasiyası bildirib ki, bazar ertəsi axşama olan məlumata görə, yanğınsöndürənlər 31 yanğın ocağı ilə mübarizəni davam etdirirlər. Ümumilikdə 32,6 min hektardan çox ərazi yanğınların ağuşundadır.

Şiddətli yanğınlar yanvarın 17-də quru və isti hava şəraiti fonunda başlayıb. Ən ciddi yanğın ocaqları Bio-Bio və Nyuble bölgələrində qeydə alınıb və həmin ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Xəbər lenti